Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək
futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu
keçirib. Yerli "Rapid" (Vyana) klubunun U-19 komandası
ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.
Milli komandamızın heyətində Mirkamil Həşimli fərqlənib.
Toplanış çərçivəsində ilk yoldaşlıq oyununu xorvatiyalı
həmyaşıdları ilə keçirən futbolçularımız həmin
qarşılaşmada da 1:0 hesabı ilə qələbə qazanmışdılar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |