Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçuların
Avropa kubokuna yekun vurulub. Yarışa 11 idmançı ilə
qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.
Belə ki, həmyerlilərimizdən Davud Məmmədovla (60 kq)
Hüseyn Rəhimli (73 kq) çempion adına layiq görülüblər.
Yalnız finalda komanda yoldaşına uduzan Fəqan Quluzadə
(73 kq) ikinci yeri tutub. Onlardan fərqli Firudin
Dadaşov (90 kq) isə bürünc medalla kifayətlənib. |