Ötən ayın sonlarında Gürcüstanın Poti şəhərində
keçirilən XX beynəlxalq turnirdə iştirak edən azyaşlı
idmançılarımız uğurlu nəticə göstəriblər. Azərbaycan
Milli Karate Federasiyasından aldığımız məlumata görə,
Zəngilanın "Qızıl əlcək" idman klubunun məşqçisi Mayis
Mədətovla Şəki karate idman bölməsinin məşqçisi Aqşin
İbrahimovun yetirmələri 6 müxtəlif mükafat qazanıblar.
10-11 yaşlılarda Ruslan Qafarlı (32 kq) yarışın qalibi,
elə həmin yaş qurupu və çəki dərəcəsində Kənan Şahmirli
ikinci pillənin, 8-9 yaşlı uşaqlar arasında Muğan
Nəcəfli (25 kq) və 12-13 yaşlılarda Azər Əhmədov (45 kq)
gümüş mükafatın, 8-9 yaşlıların mübarizəsində Elnur
Zərbalıyev (25 kq) və 10-11 yaşlılarda Əvəzağa Səfərov
(38 kq) üçüncü yerin sahibi olublar. Bundan başqa,
onların hər biri erməni idmançılarla mübarizədən qalib
ayrılıblar. R.Qafarlı ilə A.Əhmədov isə erməni
rəqiblərinə xal vermədən böyük üstünlüklə qələbəni təmin
ediblər. |