Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Olimpiadada şahmatçılarımız uğurlu çıxış edirlər

 

Bu günlərdə Norveçin Tromse şəhərində keçirilən şahmat üzrə olimpiadada 2 tur arxada qalıb. Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata görə, olimpiadada Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları da daxil olmaqla ümumilikdə 317 komanda iştirak edib. Yarışa böyük iddialarla yollanan Azərbaycan milliləri görüşlərini qələbə ilə başa vurublar.  Belə ki, Aleksandr Xalifmanın rəhbərlik etdiyi kişilərdən ibarət komandamız olimpiadaya İPCA yığması (fiziki cəhətdən əlil olan şahmatçıların beynəlxalq assosiasiyasının komandası) ilə oyuna start verib. Zəka sahiblərimiz rəqiblərinə heç bir şans verməyərək 4:0 hesablı qələbə qazanıblar.

Onlar daha sonra  Şotlandiyadan olan həmkarları ilə mübarizə aparıblar. İlk turda istirahət edən qrossmeysterimiz Şəhriyar Məmmədyarov  rəqibi ilə sülh bağlayıb. Digər matçlarda təmsilçilərimiz qalib gəliblər.

Qadınlardan ibarət yığmamız isə ilk turda İrlandiya təmsilçiləri ilə gücünü yoxlayıb.  Rəqibə heç bir şans verməyən komandamız ardınca Salvador yığmasını  da eyni - 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, avqustun 12-də Tromse şəhərində Azərbaycan günü keçiriləcək. Mərasimdə olimpiadanın bayrağı 2016-cı ildə yarışa ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunacaq. Tədbirdə Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının rəsmiləri iştirak edəcəklər. Olimpiada avqustun 15-də başa çatacaq.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov