Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Sumqayıt məktəblisi Dünya çempionatının bürünc medalına layiq görülüb

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Nərgiz Mirzəyeva Azərbaycanda ilk dəfə keçirilən taekvondo üzrə Yeniyetmələr arasında I Dünya çempionatının qalibləri sırasına çıxıb.

37 kq çəki dərəcəsində  çıxış edən idmançımız ilk  görüşdə Avstraliya, Ukrayna və Rusiya təmsilçilərinə qalib gələrək yarımfinal mərhələsinə vəsiqəni təmin edib. Yalnız finala vəsiqə uğrunda mübarizədə Serbiya idmançısına məğlub olaraq bürünc medala layiq görülüb.

4 gün davam edən çempionatda 65-ə yaxın ölkədən 600-dək taekvondoçu mübarizəyə qoşulub. Azərbaycan milli yığma komandası yarışa 18 idmançı ilə qatılıb.

Ümumilikdə qızlardan ibarət komanda hesabında medalların sayına görə İran milli komandası birinci, Türkiyə ikinci,  Çin üçüncü yeri, oğlanlardan ibarət komanda hesabında medalların sayına görə isə İran birinci,  Rusiya ikinci,  Cənubi Koreya üçüncü yeri tutub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov