Təhsil Nazirliyi tərəfindən Ramazan bayramı münasibətilə
Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış
Kəlbəcərdən olan məcburi köçkün ailələrə bayram sovqatı
paylanılıb.
Nazirlik hər il olduğu kimi, Ramazan bayramı ərəfəsində
kəlbəcərli məcburi köçkün ailələrin yanında olmaq,
Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma
yurdlarından didərgin düşmüş insanlara yardım etmək və
mənəvi dəstək göstərmək ənənəsinə sadiq qalıb.
1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı
nazirliyin nümayəndələri tərəfindən Göygöl rayonunda
müvəqqəti məskunlaşmış kəlbəcərli ailələrə paylanılıb.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya
görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın
ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət
sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını
bildiriblər.
www.edu.gov.az |