Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Gənclər və İdman Nazirliyi ilə ADİU arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə ADİU-nun nəzdində yaradılan "İnnovativ biznes-inkubator"un keçirdiyi tədbirlərə maliyyə və təşkilati dəstəyin göstərilməsi nəzərdə tutulub.

Verilən məlumata görə,  "İnnovativ biznes-inkubator" layihəsi çərçivəsində tələbə  "Start-up"ları  və yeni başlayan tələbə-sahibkarlar üçün peşəkar təlim kurslarının təşkili, "Start-up"ların yaradılması üzrə ixtisaslaşdırılmış metodik ədəbiyyatın hazırlanması və dərc edilməsi, biznes-planların və marketinq-strategiyaların işlənib hazırlanması, şəxsi biznesin aparılması və inkişafı üzrə tövsiyələrin işlənilməsinin  nazirliyin vəsaiti hesabına reallaşdırılması nəzərdə tutulub.

Müqaviləyə əsasən həmçinin, biznes-inkubatorların və "Start-up"ların fəaliyyətinə dair maarifçilik materiallarının buraxılışı, ADİU-nun "İnnovativ biznes-inkubator"unun informasiya saytının yaradılması planlaşdırılıb.

Layihə 2014-cü ilin sonuna qədər davam edəcək və onun reallaşdırılması ölkə universitetlərində müxtəlif profilli biznes-inkubatorların və tələbə "Start-up"larının yaradılmasına və inkişafına əhəmiyyətli təsir göstərəcək.

Qeyd edək ki,  "İnnovativ  biznes-inkubator"u ölkədə ilk dəfə olaraq ADİU-nun nəzdində yaradılıb. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən layihənin məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir. Layihədə həmçinin ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması da nəzərdə tutulub. Onlar "İnnovativ biznes-inkubator" layihəsi çərçivəsində innovativ biznesyönümlü metodiki vəsaitlərin yazılması, təlim və "ustad dərsləri"nin keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi məsələlərə cəlb ediləcəklər. İnkubatorun əsas funksiyaları  "Start-up" layihələrlə müraciət edənlərə tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində öz bizneslərini qurmaqda kömək etməkdir. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov