Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə ("Qaynar
xətt" xidməti, telefon: 146) Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2014-cü ilin iyul ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8761 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox)
və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 6756 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (onlar əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
qaldırılan məsələlər operativ həll olunub. 1167 vətəndaş
sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil
Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1683 sənəd (782 məktub,
754 ərizə, 147 digər sənədlər) qəbul olunub və
qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə
qəbulu, təhsil sənədlərinin alınması, diplomların
tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu və
ali təhsil ilə bağlı məsələlər əksini tapıb.
Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox
həftənin çərşənbə günü (2036 zəng), əsasən, saat
10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət
olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox
həftənin çərşənbə (1634 müraciət) və çərşənbə axşamı
(1411 müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək
və 14:00-dan 16:00-dək müraciət edilib. |