Avqustun
6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Bərdə
rayonlarına səfər edib.
Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi
köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında
iştirak edib.
Dövlət başçısı qəsəbənin uşaq bağçasında da oldu və
burada yaradılan şəraitlə maraqlandı.
Prezident İlham Əliyev yeni qəsəbədə çövgan oyununu
izlədi.
Dövlət başçısı qəsəbədəki 135 nömrəli tam orta məktəbdə
də oldu.
Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları
üçün hərtərəfli şərait var. Sinif otaqları bütün zəruri
inventar və əyani vəsaitlərlə təmin edilib.
Yeni qəsəbə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev
Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin
başçısı görüşdə çıxış etdi.
Görüşdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri
və incəsənət xadimləri göstərdiyi yüksək diqqət və
qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını
bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |