Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

"İntellektual çoxnövçülük üzrə Tələbə kuboku"

 

 Bu günlərdə Quba rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İntellektual çoxnövçülük üzrə Tələbə kuboku" turniri keçirilib.

Layihənin rəhbəri Nizami Hüseynovun verdiyi məlumata görə, tədbir "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə reallaşdırılıb.

Tədbirdə respublikamızın müxtəlif ali təhsil müəssisələrində təhsil alan 54 nəfər gənc intellekt 9 komandada mübarizə aparıb.

Yarış "Nə? Harada? Nə zaman?", "Xəmsə" və "Breyn-rinq" üzrə keçirilib. Əsasnaməyə uyğun olaraq, yekunda ən çox xal toplamış komandalar ilk üçlüyü bölüşüb.

"Nə? Harada? Nə zaman?" oyununda "Bakılı qızlar" komandası 1-ci, "Hərum" 2-ci, "Şeşqoşa" komandası 3-cü olub. "Xəmsə" turnirində isə "Hərum" intellektləri fərqlənib. Bakı Dövlət Universitetinin komandası 2-ci, Beyləqanın "Mil" komandası 3-cü  yerdə qərarlaşıblar.

"Breyn-rinq" turnirində isə Bakı Dövlət Universitetinin təmsilçiləri qalib adını qazanıblar. "Bakılı qızlar" 2-ci, "Mil" komandası 3-cü olub.

Tədbirin sonunda qalib və mükafatçılara kubok və medallar, diplom  və kitablar hədiyyə edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov