Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Qadınlar arasında XV Avropa şəxsi çempionatı

 

 Bolqarıstanın Plovdiv şəhərində  keçirilən - qadınlar arasında şahmat üzrə 15-ci Avropa şəxsi çempionatı başa çatıb. Yarış İsveçrə sistemi üzrə keçirilib və 11 turdan ibarət olub.  Çempionatda 26 ölkədən 115 şahmatçı (63 qrossmeyster) iştirak edib. Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata görə, yarışda ölkəmizi 10 şahmatçı, o cümlədən qrossmeysterlər- Gülnar Məmmədova (2331), Türkan Məmmədyarova (2205), beynəlxalq ustalar Xəyalə Abdulla (2233), Səbinə İbrahimova (2218), Nərmin Kazımova (2180), FİDE ustaları Nərmin Xələfova (2191), Günay Məmmədzadə (2182), həmçinin Aytən Amrayeva (2065), Nərmin Məmmədova (2019) və Nərmin Söyünlü (1936) təmsil ediblər.

Sonuncu turda Türkan Məmmədyarova və çempionatın favoritlərindən biri sayılan, Rusiya təmsilçisi Nataliya Poqonina qarşılaşması həmyerlimizin xeyrinə başa çatıb.

Beləliklə, Türkan 6.5 xal toplayaraq çempionatın 22-ci pilləsində qərarlaşıb.  Gülnar Məmmədova eyni xalı toplasa da 29-cu yeri tutub. Xəyalə Abdulla,  Günay Məmmədzadə, Səbinə İbrahimova, Nərmin Kazımova və Aytən Əmrayeva 6 xal, Nərmin Məmmədova və Nərmin Xələfova 4.5 xal, Nərmin Söyünlü isə 2.5 xal toplayıblar.

Çempion adını aktivinə 9 xal yazan Rusiya şahmatçısı Valentina Qunina qazanıb.  Çempionatda ilk 14 yeri tutan şahmatçılar Dünya Kuboku uğrunda yarışda iştirak etmək hüququ əldə ediblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov