Gürcüstanın Poti şəhərində beynəlxalq qrossmeyster Nana
Aleksandriyanın xatirəsinə həsr olunmuş "Nana
Aleksandriya Kuboku 2014" turniri başa çatıb. Ölkəmizi
bu beynəlxalq turnirdə müxtəlif yaş qruplarında 37
şahmatçı təmsil edib.
Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata
görə, turnir "A" (əmsalı 2001-ci ildən yuxarı olanlar),
"B" (əmsalı 2000-ci ildən az olanlar) qrupları və 12
yaşadək uşaqlar arasında keçirilib. "A" qrupunda
mübarizə aparan təmsilçilərimizdən Ülvi Bacarani 6.5
xalla 3-5-ci yerləri bölüşdürüb, əlavə göstəricilərə
görə turniri 5-ci pillədə başa vurub. Vüqar Rəsulov isə
5.5 xalla 10-cu yerin sahibi olub.
"B" qrupunda Elnur Mehtiyev,Vüqar Manafov və Mustafa
Məmmədov 5.5 xal toplayaraq 17-19-cu yerləri
bölüşdürüblər.
10 yaşlı oğlanlar arasında Aydın Süleymanlı aktivinə 6
xal yazaraq 5-ci pillənin sahibi olub. Mehin Taba-Tabei
7.5 xalla eyni yaş qızlar arasında 2-ci yeri tutub. |