Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında iki
yaş qrupu arasında futbol üzrə "Sevinc" Kuboku uğrunda
şəhər birinciliyi keçirilib. Yarışda Bakı şəhərinin 11
rayon komandası üzrə ümumilikdə 220 nəfər yeniyetmə
futbolçu iştirak edib.
2002-2003-cü il təvəllüdlülər arasında yarimfinalda
Xəzər rayon komandası Nəsimi rayon komandasını, Yasamal
rayon komandası isə Qaradağ rayon komandasını məğlub
ediblər. Birinciliyin qalibi "Xəzər" komandası olub.
"Yasamal" və "Qaradağ" komandaları isə II, III yerləri
bölüşüblər.
2000-2001-ci il təvəllüdlülər arasında keçirilən yarışda
1-ci yeri "Nərimanov", 2-ci yeri "Qaradağ", 3-cü yeri
isə "Xəzər" komandaları tutublar.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
"Sevinc" Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli
diplomlarla təltif ediliblər. |