Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində
246 nömrəli körpələr evi-uşaq bağçası Heydər
Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub.
1985-ci ildə tikilmiş bina yararsız vəziyyətə
düşdüyündən binanın yerində yenisi inşa edilib.
2013-cü il sentyabrın 25-də Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva yeni binanın
açılışında iştirak ediblər.
Binadakı şərait ən müasir tələblərə
uyğunlaşdırılıb. Həyətyanı sahə abadlaşdırılıb,
4500 kvadratmetr sahədə yaşıllaşdırma işləri
aparılıb, oyun meydançaları və köşklər qurulub.
Bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus
bölməsi də fəaliyyət göstərir. |