Quba Gənclər Mərkəzində gənc istedadların əl işlərindən
ibarət "Həyatını rəngləndir" adlı sərgi açılıb. Burada
50 gəncin 114 rəsm əsəri, 27 keramika nümunəsi və 20-dən
artıq müxtəlif toxuculuq nümunələri nümayiş etdirilib.
Sərgidə əsas məqsəd istedadlı gənclərin əl işlərini
geniş ictimaiyyətə tanıtmaq və onları peşəkar fəaliyyətə
həvəsləndirmək olub.
Gənc rəssam Sadıq Məmmədov çıxış edərək qubalı gənclər
İbrahim Orucov, Rəhman Əliyev və başqalarının əl
işlərinin Çexiya, İsveç kimi Avropa ölkələrində
keçirilən müsabiqələrdə uğur qazandığını diqqətə
çatdırıb.
Tədbirdən sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |