Azərbaycan Dillər Universitetində (ADU) tələbələr üçün
2013-2014-cü tədris ilinin yay semestri təşkil olunub.
Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr
departamentindən AzərTAc-a bildiriblər ki, yay semestri
5 tədris həftəsindən və 1 həftə imtahan sessiyasından
ibarət olmaqla bu il iyulun 14-dən başlanıb və avqustun
25-də başa çatacaq. Yay semestrində dərslər,
ümumilikdə, 32 fənn üzrə aparılır. Fənləri tədris etmək
üçün universitetin 24 nəfər peşəkar müəllimi cəlb olunub.
Yay semestrində universitetin regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsi üzrə 74, pedaqoji
fakültə üzrə 58, filologiya və jurnalistika fakültəsi
üzrə 148, tərcümə fakültəsi üzrə isə 14 nəfər tələbə
qeydiyyatdan keçərək təhsil alır. |