Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin
Təhsil və Mədəniyyət Məsələləri Bürosunun 2014-2015-ci
tədris ili üçün "Qlobal Tələbə Mübadiləsi Proqramı (UGRAD)"
üzrə müsabiqənin qalibi seçilən 5 nəfər avqustun 9-da
ABŞ-a yola düşəcək.
ABŞ Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX)
Azərbaycan nümayəndəliyindən AzərTAc-a bildiriblər ki,
müsabiqə qalibləri - ali məktəblərin I, II və III kurs
tələbələri Amerika universitetlərində və kolleclərində
bir semestr dərəcəsiz təhsil alacaqlar. |