Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

MDU-nun Bakı filialı Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi edəcək

 

 Xəbər verildiyi kimi, iyulun 20-29 tarixlərində Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində məktəblilər arasında  46-cı Beynəlxalq Kimya Olimpiadası başa çatıb. Dünyanın 77 ölkəsindən 291 məktəblinin iştirak etdiyi  yarışmanın bağlanış mərasimində Olimpiadanın bayrağı ənənəyə uyğun olaraq  Azərbaycan nümayəndəsinə -  M.V.Lomonosov adına Moskva  Dövlət Universitetinin  Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru,  fizika-riyaziyyat elmləri doktoru, professor  Oqtay Tağıyevə təqdim olunub.

Beləliklə də  məktəblilər arasında  növbəti  47-ci  Beynəlxalq Kimya Olimpiadası 2015-ci ildə Bakıda keçiriləcək. Beynəlxalq səviyyəli tədbirə  MDU-nun Bakı filialı ev sahibliyi edəcək. Olimpiadada dünyanın  80 ölkəsindən şagirdlərin iştirakı gözlənilir.

  Qeyd edək ki,  Azərbaycan  MDB məkanında  Rusiyadan  sonra Beynəlxalq Kimya Olimpiadasının keçirilməsi hüququnu qazanmış ikinci ölkədir.  Olimpiadanın Bakı filialında keçirilməsi  barədə qərar 2012-ci ildə Vaşinqtonda Beynəlxalq Kimya Olimpiadasının  İcra  Komitəsi tərəfindən qəbul olunub.  Bu qərar əsası 2008-ci ildə qoyulmuş MDU-nun Bakı filialının beynəlxalq nüfuzundan xəbər verir.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov