İyulun 24-də Milli Gimnastika Arenasında Azərbaycanda
ilk dəfə olaraq keçirilən taekvondo üzrə yeniyetmələr
arasında birinci dünya çempionatı başlayıb.
Dörd gün davam edəcək çempionatda dünyanın 65 ölkəsindən
600-dək idmançı birincilik uğrunda mübarizə aparacaqdır.
Turnirin ilk günündə kişilər arasında 33, 37 kiloqram,
qadınların mübarizəsində isə 29, 33 və 37 kiloqram çəki
dərəcələrində qaliblər müəyyənləşəcəkdir.
Dayanaq üzərinə çıxacaq Azərbaycan idmançılarının ilk
rəqibləri müəyyənləşib. Kişilər arasında Məhəmməd
Əlizadə (33 kq) Tacikistan təmsilçisi Məxmədsəlim
Şoxruxla, Xəyyam Qasımov (37 kq) çinli Şanq Hunq ilə,
qadınların mübarizəsində isə Minayə Əkbərova (29 kq)
Oğan Eşli (ABŞ) - Bist Riya (Hindistan), Sevda
Pirseyidova (33 kq) Qomez Joseline (Meksika) - Eminə
Gökəbakan (Türkiyə) qarşılaşmasının qalibləri ilə,
Nərgiz Mirzəyeva (37 kq) isə Saira Dalal ilə
(Avstraliya) üz-üzə gələcəklər.
Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |