Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Məktəblilərimiz medalların sayını artırıblar

 

Yunanıstanın Kavala şəhərində şahmat üzrə məktəblilər arasında  Avropa çempionatı keçirilib. Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata görə, çempionatda Avropanın 28 ölkəsindən 405  gənc və yeniyetmə şahmatçı mübarizə aparıb.

Azərbaycan yığma komandası bu yarışda  6 yaş qrupu üzrə  oğlanlar, 6 yaş qrupu üzrə  isə qızlardan  ibarət  37 şahmatçı  ilə  təmsil  olunub. Şahmatçılarımız çempionatda   uğurlu  nəticələr  əldə  edərək 2 qızıl, 3 gümüş, 5 bürünc  olmaqla 10 medal qazanıb.

Mingəçevir  Uşaq-Gənclər  Şahmat  Məktəbinin  yetirməsi   Aysel  Səlimova  qızlar arasında 7 yaşadək I, Bakı şəhəri 1 nömrəli  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  Şahmat-Dama   Məktəbinin  yetirməsi  Məhəmməd   Muradlı  10-11 yaş qrupunda qızıl,  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  Şahmat Məktəbinin  yetirmələri  Aytən   Əmrayeva 16-17 yaş  qrupunda, Naxçıvan  şəhər   Uşaq-Gənclər Şahmat   Məktəbinin   yetirməsi   Pərviz  Qasımov 14-15 yaş  qrupunda və   Ucar rayon Uşaq-Gənclər  Şahmat  Məktəbinin  yetirməsi   Ayxan Cabbarlı   gümüş medal əldə ediblər.

Bundan başqa, Respublika  İxtisaslaşdırılmış    Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat  Məktəbinin  yetirmələrindən Nərmin Məmmədova 13-15 yaş qrupunda, Aydın Süleymanlı 8-9 yaş   qrupunda,  Bakı    şəhəri 2  nömrəli  Uşaq-Gənclər  Şahmat Məktəbinin yetirmələri Rüstəm Bünyadov 14-15, Vüqar Əsədli 12-13,   Nurtac   Heydərli  isə 7 yaşadək qrupda  bürünc  medal qazanıblar.

Xatırladaq ki, şahmatın  rapid növü üzrə məktəblilər arasında  keçirilən  dünya  çempionatında iştirak edən  Azərbaycan  yığma   komandası bu  yarışda da  6 yaş  qrupu  üzrə  oğlanlar, 6 yaş  qrupu üzrə  isə qızlardan   ibarət  28 şahmatçı  ilə  təmsil olunub və 3 qızıl, 4 gümüş, 3 bürünc  olmaqla 10 medal qazanıb. Blits üzrə məktəblilər arasında dünya çempionatında isə  yığma komandamızın üzvləri 29 şahmatçı ilə təmsil olunaraq yenə də uğurlu nəticələr əldə edərək 3 qızıl, 2 gümüş, 4 bürünc  olmaqla 9 medal qazanıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov