Bu
günlərdə paytaxtımızda yerləşən Veloparkda velosiped
idmanının şose növü üzrə Açıq Bakı Kriterium yarışının
2-ci mərhələsi start götürüb. İlk mərhələsi bu ilin
martında keçirilən yarışın ilk günündə Elit, U-23 və
gənclər kateqoriyasında mübarizə aparan 25 velosipedçi
iştirak edib.
Reqlamentə əsasən, idmançılar Velopark ərazisində hər
biri 1500 metrdən ibarət 16 dövrə vurublar. 24 km
məsafəni hamıdan tez 8 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin
nümayəndəsi, İsveçrədə keçirilən Avropa çempionatında
12-ci yeri tutan Elgün Əlizadə qət edib. Onun komanda
yoldaşı Kənan Qəhrəmanlı 2-ci nəticə göstərib. İlk
üçlüyü Respublika Olimpiya Ehtiyatları
İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı
Məktəbinin yetirməsi Ayxan İltifatlı tamamlayıb.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası
tərəfindən medal, diplom və pul mükafatı ilə təltif
ediliblər. 2 mərhələdən sonra Kriterium yarışlarının
ümumi sıralanmasına Elgün Əlizadə başçılıq edir. Qeyd
edək ki, o, martda keçirilən birinci mərhələnin də
qalibi olmuşdu. |