Slovakiyanın
Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı
başa çatıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumatda
bildirilir ki, çempionatda iştirak edən hər üç növ üzrə
yığma komandalarımız, ümumilikdə 2 qızıl, 6 gümüş və 3
bürünc medal olmaqla 11 medalla Vətənə qayıdıb.
Qızıl medalları yığma komandamıza sərbəst güləş üzrə
yarışan Teymur Məmmədov (63 kq) və Şamil Sadullayev (85
kq) qazandırıblar.
Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və
Cavid Feyziyev (100 kq) yunan-Roma güləşində, Leyla
Qurbanova (49 kq) qadın güləşində, Əfqan Xaşalov (50 kq)
və Mahir Əmiraslanov (58 kq) isə sərbəst güləş
yarışlarında yalnız finalda məğlub olaraq gümüş medala
sahib olublar.
Bürünc medalları isə yunan-Roma güləşi üzrə Seymur
Hüseynov (46 kq), İslambek Dadov (69 kq) və qadın güləşi
üzrə Türkan Nəsirova (46 kq) əldə ediblər.
Bu nəticə ilə güləşçilərimiz komanda hesabında da ön
sıralarda qərarlaşıblar. Üç gümüş və 2 bürünc medal
qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında
Rusiya yığması ilə eyni xalı toplayaraq ikinci nəticə
göstəriblər. İki qızıl və 2 gümüş medal qazanan sərbəst
güləşçilərimiz isə komanda hesabında beşinci pillədə
qərarlaşıblar. |