Türkiyədə Ramazan bayramı münasibətilə keçirilən
tədbirlərə Bakı Uşaq Teatrının kollektivi də qatılıb.
Merzifon, Gerze, Sinop şəhərlərində uğurla çıxış edən
teatr kollektivi müxtəlif nağıl qəhrəmanlarımızın
personajlarını canlandırıb, qiymətli incilərimizdən biri
olan muğam nömrələrini nümayiş etdirib.
Tofiq İsgəndərlinin illüziya nömrələri ilə tamaşaçıların
rəğbətini qazanan kollektiv özünün 12-ci mövsümünü bu
yaxınlarda Şüvəlan qəsəbə mədəniyyət evində "Xaşxaşın
göz yaşı" adlı tamaşası ilə başa vurub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |