"Ötən
ilə nisbətən bu il I və IV ixtisas qruplarında yüksək
bal toplayanların sayı artıb". Modern.az xəbər verir ki,
bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)
mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O
bildirib ki, ötən il I qrup üzrə 367 nəfər 600-dən çox
bal toplayıb: "Bu il isə onların sayı 487 nəfərdir. IV
qrup üzrə 403 nəfər 600-dən çox nəticə göstərib. Bu ilə
isə artım nisbətən çoxdur. Bu artım 500 baldan çox
toplayanlara da aiddir. Bu da onu göstərir ki, I ixtisas
qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 4
faizə qədər artıb".
E.Nağızadənin sözlərinə görə, I qrup üzrə ali təhsil
ocaqlarına müsabiqədə 12319 nəfər iştirak edəcək: "Amma
yer planı 12052 nəfər nəzərdə tutulub. IV qrup üzrə isə
qəbul planında cüzi fərq var. Cəmi 32 plan yeri artaraq
4482 yer ayrılıb". |