İyulun 18-də Azərbaycan Dillər Universitetində
universitetin Çin dili və Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaradılmasının 96-cı və Çin Xalq Azadlıq
Ordusunun (ÇXAO) 87-ci ildönümünə həsr olunmuş
"Təhlükəsizlik sahəsində Azərbaycan-Çin əməkdaşlığını
genişləndirməkdə hərbi diplomatiyanın rolu" mövzusunda
elmi seminar keçirildi. Seminarda Çinin Azərbaycandakı
səfirliyinin hərbi attaşesi Lyu Xung, ADU - nun tədris
işləri üzrə prorektoru Vazeh Əsgərov, regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar
Nağıyev, universitetin müəllim və tələbələri iştirak
ediblər.
Seminarı açan ADU-nun Çin dili və Mədəniyyəti Mərkəzinin
direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin
siyasi-hərbi və hərbi-texniki əlaqələrinin nəticələri və
perspektivləri barədə məlumat verib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və
iqtisadiyyatı şöbəsinin rəhbəri Fərda Əsədov "Hərbi
sənət və qədim, orta əsrlərdə Çinin hərbi doktrinası"
mövzusunda çıxış edib. ADU-nun regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin tələbələri öz
cıxışlarında milli təhlükəsizlik strategiyasının və
ÇXR-ın hərbi strategiyasının əsas prinsipləri, (ÇXAO)
beynəlxalq əməkdaşlıq, beynəlxalq xilasetmə
əməliyyatlarında, humanitar yardımı təmin etmək
tədbirlərində və anti-terror hərbi təlimlərdə Çin
hərbiçilərinin iştirakı haqqında məlumat verib.
Çin səfirliyinin hərbi attaşesi Lyu Xung öz növbəsində
Çin hərbi sahəsinin prioritetləri, milli müdafiə və
ölkənin ordusunda modernləşdirmə haqqında danışıb.
Tədbirin sonunda ADU-nun rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin
dili və Mədəniyyəti Mərkəzi tərəfindən Azərbaycan və Çin
dillərində hazırlanan "İlham Əliyev - qədim xalqlar
dostluğunun müasir davamçısı" adlı kitab qonaqlara
hədiyyə verilib.
İctimaiyyətlə əlaqələr departamenti |