Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Firudin Qurbanov təhsil nazirinin müavini təyin olunub

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 iyul tarixli Sərəncamı ilə Qurbanov Firudin İsa oğlu Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilib.

Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmi adını alıb.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib.

1994-2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət  və Turizm Nazirliyi Aparatının rəhbəri olub.

2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov