Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160
nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
Nizamnaməsi"nin 5.4-cü bəndinə uyğun olaraq
QƏRARA
ALIRAM:
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri
təyin edilsin:
Abdullayev Kamal Mehdi oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Həsənli Sabir Hüseyn oğlu
Nemətov Azərpaşa Zəfər oğlu
Qafarova Sahibə Əli qızı
Qurbanlı Mübariz Qəhrəman oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2014-cü il |