Bakıdakı 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin
yetirmələri 2013-2014-cü tədris ilində sərbəst güləş,
yunan-Roma və sambo idman növləri üzrə iştirak etdikləri
yarışlarda uğurlu nəticələr əldə ediblər. İdman
məktəbinin direktoru Vüqar İsmayılovdan aldığımız
məlumata görə, ötən ilin sentyabr ayının 19-dan 22-nə
kimi Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələrdən
ibarət 1997-1999-cu il təvəllüdlü idmançılar arasında
sərbəst güləş və yunan-Roma güləşi üzrə Bakı şəhər
birincilikləri keçirilib. Sərbəst güləş üzrə
birincilikdə idman məktəbinin yetirmələrindən Üzeyir
Yusifov 100 kq çəkidə II, Təhsim İbrahimov isə III yeri
tutublar.
Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə şəhər
birinciliyində Ramin Cəfərov 58 kq, Fuad Quliyev 63 kq
çəki dərəcələrində III yerləri tutublar.
Ötən ilin noyabr ayında yunan-Roma güləşi üzrə azyaşlı
(2000 -2002-ci il) yeniyetmələr arasında Bakı şəhər
birinciliyində Taleh Lətifov 42 kq çəkidə I, Fərid
Qafarov 38 kq çəkidə III, İnqilab Mustafayev III
yerlərdə qərarlaşıblar.
Məktəbin yetirmələrindən Mirmöhsüm Quluzadə 23-24
sentyabr tarixlərində Hövsan Olimpiya İdman Kompleksində
1994-1996-cı il təvəllüdlü gənclər arasında sərbəst
güləş üzrə Bakı şəhər birinciliyində II yerə layiq
görülüb.
Oktyabrın 11-13 tarixlərində Hövsan Olimpiya İdman
Kompleksində yeniyetmələr arasında 1997-1999-cu il
təvəllüdlü sərbəst güləş üzrə idmançıların iştirak
etdiyi məşhur güləşçi Rəşid Məmmədbəyovun xatirəsinə
həsr olunmuş Respublika seçmə turnirində idman
məktəbinin yetirməsi Üzeyir Yusifov 100 kq çəki
dərəcəsində II yeri tutub.
Bu ilin martında kiçikyaşlı məktəblilərin sərbəst güləş
üzrə Bakı şəhər birinciliyində Sabir Cəfərov III, Elman
Babayev II, Rövşən Nəbiyev III yerlə kifayətləniblər.
Martın 4-də "Sərhədçi" İdman Kompleksində yunan-Roma
güləşi üzrə 1997-1999-cu il təvəllüdlü yeniyetmələr
arasında Azərbaycan birinciliyində Fuad Quliyev 69 kq
çəki dərəcəsində III yerə layiq görülüb.
Fevralın 12-dən 14-nə kimi Hövsan Olimpiya İdman
Kompleksində 1997-1999-cu il təvəllüdlü yeniyetmə
sərbəst güləşçilər arasında Bakı şəhər birinciliyində
Cavid Sadıqov (85 kq) I, Üzeyir Yusifov (100 kq) I,
Şamil Bayramov (58 kq) III, Təhsim İbrahimov (100 kq)
III yerləri bölüşüblər.
Martın 4-dən 5-nə kimi "Sərhədçi" İdman Kompleksində
1997-1999-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst
güləş üzrə keçirilən Azərbaycan birinciliyində Cavid
Sadıqov 85 kq çəki dərəcəsində gümüş medal qazanıb.
10-12 mart 2014-cü il tarixlərində Balakən rayonunda
kiçikyaşlı məktəblilərin sərbəst güləş üzrə Azərbaycan
çempionatında Sabir Cəfərov (38 kq) III, Çingiz Eyvazov
42 kq çəki dərəcəsində III yeri tutublar.
Bu ilin fevralında Şağan Olimpiya İdman Kompleksində
1996-1997-ci il təvəllüdlü yeniyetmələr arasında sambo
idman növü üzrə Respublika birinciliyində Sahib Əzizov
56 kq çəkidə III yerə layiq görülüb.
Fevralın 22-də Hövsan Olimpiya İdman Kompleksində
2002-2004-cü il təvəllüdlü samboçular arasında Bakı
şəhər birinciliyində Rüfət Abdulov 38 kq çəki
dərəcəsində III, martın 23-də keçirilən 2000-2002-ci il
təvəllüdlü idmançıların sambo üzrə Bakı şəhər
birinciliyində isə Rəvan İsgəndərov 54 kq çəkidə III
yerlə kifayətləniblər.
Hazırladı:
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |