Xətai
rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final
oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsi tərəfindən 2003-2004-cü illər təvəllüdlü uşaqlar
arasında keçirilən turnir torpaqlarımızın azadlığı
uğrunda şəhid olan Rüfət Məmmədovun xatirəsinə həsr
edilib.
Turnirin oyunları Xətai rayonundakı 269 nömrəli tam orta
məktəbin idman meydançasında keçirilib. Yarışmanın 3-cü
yer uğrunda oyununda "Qafqaz" komandası "Xəzər"
komandasına 4:2 hesabı ilə qalib gəlib. Final oyununda
isə "Kombinat" komandası "Xətai" komandasına 3:0 hesabı
ilə qalib gələrək I yeri tutub.
Qalib komandaların təltif edilməsi mərasimində Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi
Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin
rəis müavini Zemfira Baxşıyeva, şəhid Rüfət Məmmədovun
qardaşı Samir Məmmədov və digər şəxslər iştirak ediblər.
Çıxışlarda futbolun inkişafında, xüsusilə uşaqlar
arasında keçirilən məhəllələrarası mini-futbol
turnirinin böyük rol oynadığından, həmçinin
torpaqlarımızın azadlığı uğrunda şəhid olan Rüfət
Məmmədovun vətənpərvərliyi və fədakarlığından söhbət
açılıb. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli
diplomları, idman geyimləri və kubokla təltif olunublar. |