Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Bölgələrdə yeni məktəb binaları istifadəyə veriləcək

 

Böyütmək üçün şəkili seçinRespublikamızın müxtəlif regionlarında yeni tikilmiş məktəblərdə işlər artıq  başa çatmaq üzrədir. Bu ilin sentyabrında istifadəyə veriləcək yeni məktəb  binaları haqqında məlumat əldə etmək üçün ayrı-ayrı rayon təhsil  şöbələri ilə əlaqə saxladıq.

AĞSU. Rayon təhsil şöbəsinin müdiri Tahir Xasi redaksiyamıza göndərdiyi məlumatda bildirir ki,  rayonun Muradlı və Dilman kəndlərinin hər birində 180, Keçdiməz kəndində isə 80 şagird yerlik  məktəblər  dövlət vəsaiti hesabına tikilir. İnşaat işləri "Girdiman-TT" MMC tərəfindən aparılır.

Müasir istilik sistemi ilə təchiz olunacaq  bu binalardakı geniş və rahat sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, idman, iclas zalları və s. tədrisin yüksək səviyyədə aparılmasına imkan verəcək.

GORANBOY. Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, yeni dərs ilində Goranboyun Yenikənd, Xınalı və Qarasuçu kəndlərində, eləcə də Goran qəsəbəsində hər biri 180 şagird yerlik yeni məktəb binaları istifadəyə veriləcək.

Artıq məktəb binalarında son tamamlama işləri görülür. Müasir standartlara cavab verəcək  bu binalarda tədrisin yüksək səviyyədə təşkili üçün hər bir şərait yaradılacaq.

Yaxın vaxtlarda 1 nömrəli şəhər orta, Nadirkənd, Ağamalıoğlu, Səfikürd və Qızılhacılı kənd orta məktəbləri üçün yeni binaların tikintisinə başlanacaq.

AĞCABƏDİ. Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun  verdiyi məlumata görə, dövlət hesabına rayonun M.Füzuli adına Yeni Qaradolaq kəndində 360, R.Quliyev adına Taynaq kəndində 180, Köyük kəndində 220 şagird yerlik tam orta məktəblərdə son tamamlama işləri  gedir.  Məktəblərdə  şagirdlərin  yaxşı oxumaları üçün  hər cür  şərait  yaradılır.

Sentyabrda istifadəyə veriləcək bu məktəblərin tikintisindən kənd sakinləri çox razılıq edirlər. Onlar təhsilə  göstərdiyi  qayğı və diqqətə görə ölkə Prezidenti İlham Əliyevə  minnətdarlıq edirlər.

UCAR. Rayon təhsil şöbəsindən  aldığımız məlumatda  bildirilir ki,  rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi  istiqamətində tədbirlər davam edir. Hazırda Ramal və Müsüslü kənd ümumi orta məktəbləri üçün yeni binalar inşa olunur.  180 şagird yerlik ikimərtəbəli Ramal kənd və  80 şagird yerlik Müsüslü kənd məktəbləri üçün təzə binalar dövlət vəsaiti hesabına tikilir.

Hər iki binada tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq.

Tədris ocaqları müasir istilik sistemi ilə də təchiz ediləcək. Hər iki məktəbin yeni dərs ilində istifadəyə veriləcəyi nəzərdə tutulur.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov