Xəbər
verildiyi
kimi,
Tələbə
Qəbulu üzrə
Dövlət
Komissiyası 2014-2015-ci
dərs
ili
üçün
ali
və
orta
ixtisas
təhsili
müəssisələrinə
iyulun 12-də
I
və
IV
ixtisas
qrupları üzrə
qəbul
imtahanları
keçirib. İmtahanlarda 27735
abituriyent
iştirak
edib.
Nəticələrə
əsasən
I
ixtisas
qrupu üzrə
12319,
IV
ixtisas
qrupu
üzrə 3022
nəfər
müsabiqə şərtini
ödəyərək
ixtisas
seçiminə
buraxılıb. İmtahanlarda
7
abituriyent ən
yüksək
nəticə - 700
bal
toplayıb.
Onlardan
5-i
I, 2-si
isə
IV
ixtisas
qruplarında
imtahan
verən
gənclərdir.
Buyurun,
onlarla
siz
də
tanış
olun. |
Nicat
QASIMOV
1997-ci
il
fevralın 16-da
Ağsu şəhərində
anadan
olub. 2003-cü
ildə
Ağsu
şəhər 3
nömrəli
tam
orta
məktəbin
I
sinfinə
daxil
olub, 2012-ci
ildə
həmin
məktəbin
IX
sinfini
bitirdikdən
sonra
təhsilini
Ağsu
şəhər 1
nömrəli
tam
orta
məktəbin
X
sinfində
davam
etdirib. 2014-cü
ildə
həmin
məktəbin
XI
sinfini
bitirib.
X
sinifdə
oxuyarkən
ATV
kanalında
yayımlanan "LC"
Bilik
Akademiyası
yarışında
həftənin
oyununda
I
yerə,
ayın
oyununda
isə
III
yerə
layiq
görülüb.
-
Mən
700
bal
toplayacağıma
tam əmin
idim.
Lakin
həm
də
həyəcanlı
idim.
Fikirləşirdim
ki,
birdən
yığa
bilmərəm. İlk
iki əsas
fənni
yoxladıqdan
sonra əmin
oldum
ki,
artıq 700
bal
toplamışam.
TQDK-nin
və "Araz"
ali
məktəbə
hazırlıq
kurslarının
sınaq
imtahanlarında
daim
iştirak
edirdim.
Müxtəlif
vaxtlarda
670, 681, 679
bal
toplamışdım.
Mən
Tibb
Universitetinin
müalicə
işi
ixtisasını
seçərək
sevdiyim
həkimlik
peşəsinə
yiyələnəcəyəm. |
|
Fatimeyizəhra
NƏBİZADƏ
1997-ci
il
martın 27-də
Bakı şəhərində
anadan
olub. 2007-ci
ildən
Türkiyə
Dəyanət
Vəqfinin
Bakı
Türk
Liseyində
təhsil
alıb. 3
il "Araz"
ali
məktəbə
hazırlıq
kurslarında
oxuyub.
Məktəb
illərində
fəal şagird
kimi
tanınıb. 4
dəfə şəhər üzrə
bilik
yarışında
iştirak
edib, 2
dəfə
birinci
yerə çıxıb.
-
Sınaqlarda
700
bal
toplaya
bilmirdim.
Nəticələrim
675-695
arası
olurdu.
Amma 3
ildir
qarşıma
məqsəd
qoymuşdum
ki, 700
bal
toplayacağam. Çünki 700
bal
yığmaq üçün
potensialım
olduğunu
bilirdim.
Məqsədimə çatdım. İmtahan
mənim üçün çox
da çətin
olmadı, -
deyə
Fatimeyizəhra
bildirir. - İxtisas
seçimimə
gəldikdə
hələ
dəqiq
qərar
verməmişəm.
Mexanika
mühəndisliyinə
daha
yaxınam.
Xaricdə
oxumağı
düşünürəm. |
|
Məmməd
HACILI
1997-ci
ildə
Bakı şəhərində
anadan
olub. 2014-cü
ildə
Azərbaycan
Beynəlxalq
Təhsil
Kompleksinin
"Dədə
Qorqud"
liseyindən
məzun
olub. 10-cu
sinifdə
oxuyarkən
Türkiyədə
keçirilən
Beynəlxalq
Türk
dili
Olimpiadasında
iştirak
edərək
bir
qızıl
və
bir
gümüş
medala
layiq
görülüb.
Son
iki
ildə
abituriyent
kimi
qəbul
imtahanlarına
ciddi
hazırlaşıb.
Bizimlə
söhbətində
sınaq
imtahanlarındakı
nəticələrinə əsasən 700
bal
toplamağı
gözlədiyini
bildirən
Məmməd
sınaq
imtahanlarında
680-700
arası
ballar
yığdığını
söylədi. İxtisas
seçimində
Qafqaz
Universitetinə üstünlük
verən
Məmməd
bu
ali
məktəbin
kompüter
mühəndisliyi
ixtisasında
oxumağı
planlaşdırıb.
|
|
Nurlan
QULUZADƏ
1997-ci
il
aprelin 6-da
Bakıda
anadan
olub.
Ailələri 4
nəfərdən
ibarətdir.
Atası
Fəzayıl
Quliyev
polis
sistemində çalışır,
anası
Məlahət Ələkbərova
mühəndisdir,
bacısı
isə
universitetdə
təhsil
alır.
Nurlan əvvəlcə
Bakı şəhərindəki 7
nömrəli
tam
orta
məktəbdə,
sonra
isə 287
nömrəli "Zəkalar"
liseyində
təhsil
alıb.
Oxuduğu
müddətdə
fizika
fənni üzrə
olimpiadalarda
iştirak
edib
və
rayon, şəhər
birincisi
olub. "Araz"
ali
məktəbə
hazırlıq
kurslarının
keçirdiyi
bilik
yarışlarında 3-cü
yeri
tutub.
Hələ
orta
məktəbdə
oxuduğu
son
illərdə
məqsədi ən
yüksək
nəticəni
toplamaq
olub
və
bunun üçün çalışıb.
X
sinifdə
oxuyanda
sınaqlarda
650-dən
yuxarı
bal
toplayıb.
Bu
il
də
sınaq
imtahanlarında
iştirak
edib
və 674, 684
bal
yığıb. İxtisas
seçimi
mühəndislikdir. |
|
İlkin
MƏMMƏDZADƏ
1996-cı
il
oktyabrın 26-da
Ağdam
rayonunun Çəmənli
kəndində
anadan
olub. 2014-cü
ildə
Ağdam
rayonunun Ə.İsgəndərov
adına Çəmənli
kənd
tam
orta
məktəbini
bitirib.
Məktəbdə
fəallığı
ilə
seçilib.
Bilik
yarışlarında,
olimpiadalarda
müntəzəm
iştirak
edib.
-
Qəbul
imtahanlarında 700
bal
toplayacağıma
tam əmin
olmasam
da, 650-680
bal
toplayacağıma
inanırdım. Çünki 3
il
idi
ki,
qəbul
imtahanlarına
hazırlaşırdım.
TQDK-nın
aprel-iyun
aylarında
keçirdiyi
bütün
sınaq
imtahanlarında
iştirak
etmişdim
və
müvafiq
olaraq 677,
670, 682
bal
toplamışdım. Özümə
güvənirdim. Çox çalışırdım.
İlkin
ixtisas
seçimində
tibbi
ixtisaslara üstünlük
verəcəyini
deyir.
Arzusu
xaricdə
mükəmməl
tibbi
təhsilə
yiyələnərək
cərrah
olmaqdır. |
|
Eltun İBRAHİMOV
1997-ci
ildə
Bakıda
anadan
olub. 2014-cü
ildə
Kimya-biologiya
təmayüllü
liseyi
bitirib.
Liseydə
oxuduğu
müddətdə
fəal şagird
kimi
dəfələrlə
fəxri
fərmanla
təltif
olunub.
Respublika
fənn
olimpiadalarında
iştirak
edib.
-
Bir
il
idi
ki,
hazırlaşırdım, -
deyə
Eltun
bizimlə
söhbətində
bildirdi.
Bu
il
keçirilən
bütün
sınaq
imtahanlarında
iştirak
etmiş
və
müvafiq
olaraq 675,
684, 687
və 642
bal
toplamışam. 700
bal
toplayacağıma
inanırdım. Çünki
mükəmməl
hazırlığım
buna
imkan
verirdi.
Nəticəmdən çox
sevinirəm.
Sevinirəm
ki, özümün
və
müəllimlərimin əməyi
hədər
getmədi.
Valideynlərimə
və
müəllimlərimə
minnətdarlığımı
bildirirəm.
Eltun
ixtisas
seçimində
yalnız
Bakı
Ali
Neft
Məktəbinin
ixtisaslarını
qeyd
etməyi
nəzərdə
tutub.
Gələcəkdə
neft
sahəsində çalışan
mühəndis
olmaq
istəyir. |
|
Könül
QURBANLI
1997-ci
ildə
Bakı şəhərində
anadan
olub. 2003-cü
ildə
Bakıdakı 289
nömrəli
orta
məktəb - "Zəngi"
liseyinin 1-ci
sinfinə
daxil
olub. 2014-cü
ildə
həmin
liseyi
bitirib.
Qəbula "Araz"
kurslarında
hazırlaşsa
da,
sinif
rəhbəri
Rövşən
müəllimin
də
onun üzərində əməyi
böyük
olub.
Məktəbdə
bir
çox
bilik
yarışları
və
olimpiadalarda
fəal
iştirak
edib.
Bundan əlavə,
liseyin "Xəmsə"
komandası
ilə
birlikdə
yeniyetmələr
arasında "Xəmsə" çempionatında
iştirak
edərək
Azərbaycan çempionu
adına
layiq
görülüb.
Bununla
yanaşı,
liseyin
komandası
ilə
birlikdə
müxtəlif "Breyn-rinq", "Kim,
harada,
nə
zaman?"
və
digər
bilik
yarışlarında
liseylərini
və
Nizami
rayonunu
dəfələrlə
layiqincə
təmsil
edib,
bir çox
hallarda
birincilik
qazanıb.
Son
günlərdə
başa çatmış "İstedadların
hazırlığı
laboratoriyası"
layihəsində
birinci
yerə
layiq
görülüb.
Bunlar
ona
qəbula
daha
yaxşı
hazırlaşmaqda
stimul
rolunu
oynayıb.
-
Valideynlərim,
müəllimlərim,
eləcə
də
yoldaşlarım
həmişə
məndən ən
yüksək
bal
gözləyirdilər.
Təbii
ki,
bu,
məni
daha
da
həvəsləndirirdi,
-
deyə
Könül
bildirir.
TQDK-nın sınaq imtahanlarında 648, 651, 655,
sonuncuda isə 690 toplayan Könül əvvəlki
sınaqlarda balının nisbətən az olmasının
səbəbini proqramı tam keçməmələrində görür.
Lakin iyul ayında kursda keçirilən imtahanlarda
695, bəzən isə 700 bal toplaması onu həvəsdən
düşməyə qoymur.
Könül də hələlik ixtisas seçiminə qərar verməyib,
lakin informasiya və kommunikasiya
texnologiyaları mühəndisliyi maraq göstərdiyi
sahələrdəndir. "ADA" Universitetini və Bakı Ali
Neft Məktəbini qeyd etməyi nəzərdə tutur. |
Hazırladılar:
Yusif ƏLİYEV,
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |