İyulun 17-dən başlayaraq SABAH qruplarına qəbul olmaq
istəyən namizədlər üçün Bakıdakı 202 nömrəli tam orta
məktəbdə müsahibə keçirilir.
Müsahibə 3 gün davam edəcək.
Müsahibə mərhələsinə II mərhələnin yekunlarına əsasən
yetərli bal toplayan 24 ixtisas üzrə 750-yə yaxın tələbə
buraxılıb.
SABAH qrupunun tam tərkibi tələbələrin akademik
göstəriciləri, test imtahanından topladığı ballar,
müsahibənin nəticələri təhlil olunduqdan sonra müəyyən
ediləcək.
Qeyd edək ki, SABAH qruplarına ərizələrin qəbulu mayın
12-dən iyunun 15-dək aparılıb. Müsabiqənin II
mərhələsində - imtahanlarda iştirak etmək üçün 53
ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib.
İyulun 6-da keçirilən imtahanlarda ümumilikdə 1154 nəfər
namizəd iştirak edib.
www.edu.gov.az |