Müsabiqənin bu mərhələsi 06.07.2014-cü il tarixində Bakı
şəhəri və Naxçıvan MR-də keçirilib. İmtahanlarda
ümumilikdə 1154 nəfər namizəd iştirak edib. Bu mərhələdə
namizədlərin məntiqi düşüncə və xarici dil üzrə
bilikləri qiymətləndirilib.
II mərhələnin yekunlarına əsasən yetərli bal toplamış
və say tərkibi qrupun yaranmasına imkan verən aşağıdakı
ixtisaslar üzrə namizədlər müsabiqənin sonuncu-müsahibə
mərhələsinə buraxılırlar:
1. 050103- Xarici dil müəllimliyi
2.
050104- Fizika müəllimliyi*
3.
050105- Riyaziyyat və informatika müəllimliyi
4.
050106- Riyaziyyat müəllimliyi*
5.
050111- Kimya müəllimliyi
6.
050212- Hüquqşünaslıq
7.
050213- Beynəlxalq münasibətlər
8.
050401- Dünya iqtisadiyyatı
9.
050402- Mühasibat uçotu və audit
10.
050403- Maliyyə
11.
050404- İqtisadiyyat
12.
050407- Menecment**
13.
050409- Biznesin idarə edilməsi**
14.
050504- Kimya
15.
050509- Kompüter elmləri
16.
050606- Neft-qaz mühəndisliyi
17.
050607- Neft-qaz qurğuları mühəndisliyi
18.
050608- Elektroenergetika mühəndisliyi
19.
050631- Kompüter mühəndisliyi
20.
050632- İnformasiya texnologiyaları və sistemləri
mühəndisliyi
21.
050633- Memarlıq
22.
050634- İnşaat mühəndisliyi
23.
050636- Nəqliyyat tikintisi mühəndisliyi
24. 050641- Kimya mühəndisliyi
"Təhsil" və "Texniki və texnoloji" ixtisas qrupları üzrə
keçid balı 20, "Humanitar və sosial", "İqtisadiyyat və
idarəetmə" və "Təbiət" ixtisas qrupları üzrə isə keçid
balı 25 müəyyən edilib.
* "Təbiət" ixtisas qrupuna daxil olan riyaziyyat və
fizika ixtisasları üzrə təhsil alan və müsabiqə
şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə
ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi
və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında
təhsil ala bilərlər.
** "İqtisadiyyat və idarəetmə" ixtisas qrupuna daxil
olan marketinq və kommersiya ixtisasları üzrə təhsil
alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə
iştirak etməklə ödənişli əsaslarla menecment və biznesin
idarəedilməsi ixtisasları üzrə SABAH qruplarında təhsil
ala bilərlər.
Müsahibənin yeri və tarixi barədə əlavə məlumat
veriləcəkdir.
www.edu.gov.az |