Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Şahmatçımız Cenevrədə Blits turnirində iştirak edib

 

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq  Şahmat Federasiyasının  (FİDE)  xətti ilə yüksək səviyyəli şahmat seminarı və  Blits turniri keçirilib.  Dünyanın ən güclü gənc qadın şahmatçılarının iştirak etdiyi turnirə ölkəmizdən ilk dəfə olaraq Avropa və dünya çempionu, FİDE ustası, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin yetirməsi Günay Məmmədzadə dəvət alıb. Şahmat  məktəbinin direktoru Natiq Ələkbərovdan aldığımız məlumata görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezam olunan Günay Məmmədzadə bu mötəbər tədbirdə uğurla iştirak edib, 12 ölkəni təmsil edən idmançılar arasında yaşca ən kiçik olmasına baxmayaraq turnirdə 4-cü yeri tutub.   

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov