Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Güləşçilərimiz beynəlxalq turnirdə 6 medal qazanıblar

 

Bu günlərdə Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri turnirdə iştirak edib.  Güləşçilərimiz 3 gümüş və 3 bürünc medal qazanaraq 7 ölkə təmsilçilərinin iştirak etdiyi yarışda komanda hesabında Gürcüstandan sonra ikinci yerdə qərarlaşıb. İran 3-cü, Türkiyə güləşçiləri isə 4-cü yeri tutub.  Təmsilçilərimizdən  Əli Məmmədov (55 kq), Zamir Məhəmmədov (96 kq) və Əli Həsənov (120 kq) finala qədər maneəsiz irəliləsələr də, həlledici qarşılaşmada uduzub və gümüş medalla kifayətlənib. Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli (66 kq) və Elton Vəzirzadə (84 kq) isə yığmamıza bürünc medal qazandırıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov