Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Avropa birinciliyində daha bir qızıl, bir gümüş medal

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində  olan 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər İdman  Məktəbi uşaq və gənclərin idman  biliklərinə yiyələnməsində, onların peşəkar  və təcrübəli idmançılar  kimi yetişməsində önəmli rol oynayan təlim və tədris müəssisələrindən biridir. Məktəbin yetirmələri ölkə, dünya və Avropa birinciliklərində uğurla çıxış edir, Vətənimizi layiqincə təmsil edərək  üçrəngli bayrağımızı beynəlxalq arenalarda zirvələrə qaldırırlar. Bu günlərdə idman məktəbinin cüdo bölməsinin  iki  idmançısı Yunanıstanın paytaxtı Afinada cüdo üzrə kadetlər arasında Avropa birinciliyində iştirak edib. 

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər İdman  Məktəbinin direktoru Rüfət Eyyubovdan aldığımız məlumata görə, 66 kq  çəki dərəcəsində mübarizə aparan  Azərbaycan millisinin üzvü  Hidayət Heydərov qızıl  medal qazanıb.  O,  portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Mattaya qalib gələrək finala yüksəlib.  Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan təmsilçimiz  fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və  Afinada  himnimizi səsləndirərək ölkəmizi layiqli təmsil edib.

Bundan başqa, idman məktəbinin digər yetirməsi qadın cüdoçumuz Leyla Əliyeva da bu birincilikdə gümüş medala layiq görülüb. Belə ki,  44 kq çəki dərəcəsində mübarizəyə qoşulan  L.Əliyeva finalda İtaliya təmsilçisi Florini Michele ilə qarşılaşmada məğlub olaraq II yerlə kifayətlənməli olub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov