Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın Kann şəhərinin meri ilə görüşüb

 

Böyütmək üçün şəkili seçinİyulun 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnard ilə görüşmüşdür.

Mer Devid Lisnard artıq ikinci ildir ki, Azərbaycanın Kannda möhtəşəm tədbirlər keçirdiyini bildirmiş, ötən ildəkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini söyləmişdir. Mer qeyd etmişdir ki, bu da Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən məmnun olduğunu bildirmişdir.

Builki proqramda idmanla bağlı tədbirlərə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva  bunun  2015-ci  ilin yayında  ilk  Avropa   Oyunlarının  Bakıda keçiriləcəyi ilə  əlaqədar  olduğunu  diqqətə çatdırmışdır.

Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov