Azərbaycan Respublikası təhsil nazirinin 1 may 2014-cü
il tarixli 522 nömrəli əmri ilə "Ümumi təhsil
müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi
haqqında müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Həmin
qaydaların 6-cı və 7-ci bəndlərinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr
2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin
aparılmasına dair müvəqqəti təlimat"ın illik qiymətin
çıxarılması ilə bağlı 4.14-cü bəndində müvafiq
dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır.
Qeyd olunanları nəzərə alaraq və "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"ın
4.14-cü bəndi aşağıdakı redaksiyada verilsin:
"4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun
hesablanır:"
2. İnformasiya şöbəsi (E.Əliyev) əmrin Rayon (Şəhər)
Təhsil Şöbələrinə (İdarələrinə), Təhsil Nazirliyinin
tabeliyində olan ümumi təhsil müəssisələrinə
çatdırılmasını, Nazirliyin internet saytında
yerləşdirilməsini, "Azərbaycan müəllimi" qəzetində və
"Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 iyul 2014-cü il |