Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Avropa kəmərinin sahibi

 

İyunun 8-də Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda revanş döyüşündən qalib ayrılıb. Boks Federasiyasından aldığımız məlumata görə, həmyerlimiz "WBCA" və "WBO" versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün alman təmsilçisi Mattias Pelklə döyüşüb.

F.Məmmədov dördüncü raundda rəqibini texniki nokauta salaraq "WBO" və "WBCA" versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.

Xatırladaq ki, Fariz Məmmədovla Mattias Pelk ötən ilin dekabr ayında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna səbəb Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması olmuşdu. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov