İyunun 26-da Beynəlxalq Mətbuat Mərkəzində UNESCO
tərəfindən elan olunan "Seyid Yəhya ili - 2013"
çərçivəsində tədbirlərin yekununa həsr olunmuş tədbir
keçirildi. Tədbir professor Qafar Cəbiyevin çıxışı ilə
açıq elan olunduqdan sonra bu istiqamətdə aparılan
işləri əks etdirən videoçarx izlənildi. Tədbirdə Seyid
Yəhya Bakuvi irsinin tədqiqatçısı, Qafqaz Araşdırmalar
İnstitutunun direktoru, professor Mehmet Rıhtım,
professor Azadə Musayeva, professor Minəxanım Təkləli
Nuriyeva, professor Möhsün Nağısoylu, professor Nəsib
Göyüşov və başqaları çıxış etdilər.
Qafqaz Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə
2013-cü il ərzində Seyid Yəhya Bakuvi irsinin
öyrənilməsi və təbliği istiqamətində görülən işlərin ən
əhəmiyyətlisi müəllifin elmi əsərləri və külliyyatının
nəşri məsələləridir. Bağlanış mərasimində Mehmet
Rıhtımın "Seyid Yəhya Bakuvi", Seyid Yəhya Şirvaninin "Şəfa
əl-əsrar", "Virdi-səttar", "Qırxlar (Azərbaycan sufi
pirləri)", "Könül memarları və irfan yolu" toplu
əsərləri, Azadə Musayevanın türk dilinə çap olunmuş "Dede
Ömer Ruşeni ve külliyatı" kitabı sərgilənərək qonaqlara
paylanıldı.
Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi" |