Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Ən yaxşı müəllimlərimiz

 

Alagöz QULİYEVA,
Ağcabədi rayonu Pərioğullar kənd tam orta məktəbinin kimya müəllimi

1965-ci ildə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olub. 1988-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Həmin ildən Pərioğullar kənd tam orta məktəbində kimya müəllimi işləyir. Pedaqoji fəaliyyəti dövründə dəfələrlə rayon icra hakimiyyəti və təhsil şöbəsi  tərəfindən fəxri fərmanla təltif edilib. Ali kateqoriyalı müəllimdir.  Azərbaycan Respublikası Prezidentinin 2013-cü  il  3  oktyabr tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Rayonda qabaqcıl təhsil işçisi kimi tanınır.  Şagirdlərindən bir çoxu respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə yüksək nəticələr göstərib. Qəbul imtahanlarında  yüksək bal toplayan şagirdləri respublikanın müxtəlif ali məktəblərinə daxil olub.


Mirvari ABBASOVA,
Ağcabədi şəhər 1 nömrəli tam orta  məktəbin biologiya müəllimi

1949-cu ildə Ağcabədi rayonunda anadan olub. 1973-cü  ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) biologiya fakültəsini bitirib. Həmin ildən indiyədək Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbdə biologiya müəllimi işləyir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Yetirmələrindən bir çoxu 600-dən çox bal toplayaraq respublikanın, eləcə də dünyanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Bir çox şagirdi respublika fənn olimpiadalarının qalibi olub. Pedaqoji fəaliyyəti dövründə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin müxtəlif diplom və fəxri fərmanları ilə təltif edilib. Ali kateqoriyalı müəllimdir. 2011-ci ildə "Azərbaycan ziyalısı" fəxri diplomu ilə təltif edilib.


Zəhra İBRAHİMOVA,
Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
 

1952-ci ildə Ağcabədi rayonunda anadan olub. 1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Pedaqoji fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb. 1989-cu ildə "Baş müəllim" , 1997-ci ildə ali kateqoriyalı müəllim, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Şagirdlərindən 1 nəfəri Prezident təqaüdçüsüdür. Bundan başqa, bir çox şagirdi 600-dən çox bal  toplayaraq  respublikanın  müxtəlif  ali  məktəblərinə  daxil  olub.  Şagirdlərindən  respublika  fənn  olimpiadalarının  və  inşa  müsabiqələrinin  qalibi olanları var.


Həcər ƏLİYEVA ,
Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin ingilis dili müəllimi
 

1957-ci ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə həmin ildən Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbində ingilis dili müəllimi kimi başlayıb.

2000-ci ildən 2006-cı ilədək müsabiqə və test üsulu ilə rayonda fəaliyyət göstərən ABŞ-ın beynəlxalq humanitar təşkilatı olan ADRA-nın Azərbaycandakı nümayəndəliyinin Təhsil Mərkəzində işləyib. Müasir təlimə verilən tələbləri  ödəməklə bu məktəbdə dünya standartlarına uyğun səviyyədə ingilis dilini böyük ustalıqla tədris edib. ADRA Təhsil Mərkəzi tərəfindən "Müəllimlər müəllimi" fəxri adına layiq görülüb. O, bir çox xarici treninq və seminarların iştirakçısıdır və müvafiq sertifikatlar alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bir neçə kiçik elmi və metodiki məqalənin müəllifidir. Yetirmələrindən fənn olimpiadalarının qalibi, Türkiyə, Kipr, ABŞ, Fransa, İngiltərə, Rumıniya və s. kimi ölkələrdə təhsil alanları var.


Rəna MURADOVA,
Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin ingilis dili müəllimi 

1965-ci ildə Ağcabədi rayonunda anadan olub. 1989-cu ildə Tümen Dövlət Universitetinin  romano-alman filologiyası fakültəsini bitirib. Pedaqoji fəaliyyətə 1989-cu ildə Rəncbərlər kənd tam orta məktəbində başlayıb. 1991-ci ildən  şəhər 9 nömrəli tam orta məktəbində ingilis dili müəllimi işləyir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Müasir təlim metodlarından bacarıqla istifadə edir.  Yetirmələrindən bir çoxu 600-dən yuxarı bal toplayaraq respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Bundan başqa, şagirdlərindən respublikanın ali təhsil müəssisələrində çalışanlar, elmi dərəcəsi olanlar var.

 Hazırladı: Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov