Təhsil
Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin
şahmatçıları növbəti dəfə beynəlxalq yarışdan uğurla
qayıdıblar.
Yunanıstanın Kavala şəhərində məktəblilər arasında
keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında
Azərbaycanın 5 zəka sahibi medal qazanıb.
Şahmatın rapid növü üzrə keçirilən dünya çempionatında
Aytən Əmrayeva (17 yaş) qızıl, Nərmin Məmmədova (15 yaş)
gümüş, Xanım Balacayeva (13 yaş) bürünc medala sahib
olub. Blits yarışında isə zəka sahiblərindən Aydın
Süleymanlı (9 yaş) gümüş və Fikrət Mustafazadə (7 yaş)
bürünc medal əldə ediblər.
Şahmatçılarımız Yunanıstanın Kavala şəhərində keçirilən
məktəblilərin klassik şahmat üzrə Avropa çempionatında
da uğurlu nəticələr göstəriblər. Zəka sahiblərimizdən
Aytən Əmrayeva (17 yaş) gümüş, Nərmin Məmmədova (15 yaş)
və Aydın Süleymanlı (9 yaş) bürünc medala layiq
görülüblər.
www.edu.gov.az |