Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

4 müəllim və 5 şagird müsabiqə qalibi oldu

 

Böyütmək üçün seçinİyulun 2-də "Four Seasons"  otelində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "British Council"-in birgə təşkilatçılığı ilə müəllim və şagirdlər arasında keçirilən Vilyam Şekspirin 450 illik yubileyinə həsr edilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə təşkilatın ingilis dili layihələri üzrə rəhbəri Gülşən Hüseynova açaraq tədbir iştirakçılarını müsabiqənin nəticələri ilə tanış edib. Bildirib ki, doğum günündən 4 əsr keçməsinə baxmayaraq Şekspir günümüzə qədər Britaniyanın ən mühüm mədəniyyət elçisi və məşhur simalarından biri olaraq qalmaqdadır. Qeyd edək ki, onun yubileyi ilə bağlı "British Council" - Azərbaycan silsilə tədbirlərə aprel ayında start vermişdir. Müsabiqənin keçirilməsində əsas məqsədlərindən biri Azərbaycanda onun irsini qoruyub saxlamaq, insanlara dahi yazıçının həyat və yaradıcılığı haqda məlumat vermək və təbii ki, onları ingilis ədəbiyyatının ən tanınmış nümayəndəsi ilə tanış etməkdir.  Belə ki,  "British Council" Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə yubiley tədbirləri ilə bağlı müəllimlər və şagirdlər üçün 2 müsabiqəyə start vermişdir. Orta məktəb müəllimləri Şekspir mövzusunda onlayn resurslardan istifadə edərək dərs planı hazırlayıb və şagirdləri ilə həmin dərsi keçib. Şagirdlər isə Şekspirin əsərlərindən monoloq və səhnələri ifa edərək video hazırlayıb müsabiqədə iştirak ediblər.  Müəllimlər üçün müsabiqədə cəmi 38 müəllim iştirak etmiş, ən çox şagirdi əhatə edən 4 müəllim müvafiq olaraq I, II,  III yerləri bölüşüb. Eyni sayda şagirdə dərs keçdiyi üçün III yerin sahibi 2 nəfər müəllim olub. Bu müəllimlər 189, 59, 244, 304 nömrəli tam orta məktəblərin müəllimləri - Xanım Qasımova, Xəyalə Əsədova, Bahar Kərimova və Ülkər Əliyevadır. 

Şagirdlər arasında keçirilən videomüsabiqədə 28 məktəbdən 54 videoçarx alınmışdır. Bəzi məktəblər bir neçə videoçarx təqdim etmişlər.   "British Council"-in ekspert qrupu  tərəfindən 54 videoçarxdan ən yaxşı 5-i seçilərək səsvermə üçün "British Council"-in FB səhifəsinə yerləşdirilmiş və ən çox "like" toplayan 244 nömrəli tam orta məktəbin (1535 like),  Heydər Əliyev adına liseyin  (1073 like),  189 nömrəli tam orta məktəbin (342 like) videoçarxları müvafiq olaraq I, II və III yerlərə layiq görülmüşdür.

Müsabiqə qaliblərini təbrik edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov belə müsabiqələrin müəllim və şagirdlər arasında keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, "Şekspir-450" layihəsinin əsas məqsədi Vilyam Şeksprin irsini Azərbaycanda paylaşmaq, onun əsərlərindəki müxtəlif mövzuları tədqiq etməyə insanları həvəsləndirmək və ingilis ədəbiyyatına aid görkəmli şəxslər barədə hər kəsi məlumatlandırmaqdır.

Tədbirin sonunda qaliblərə "British Council" tərəfindən Samsung tablet, iPod shuffle, ödənişsiz  IELTS imtahanı, Şekspirin əsərlərindən ibarət kitablar təqdim olunub. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov