Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

"Mətbuat  və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda "dəyirmi masa"

 

 İyunun 30-da Azərbaycan Mətbuat Şurasında "Zərdabi Mətbuat  Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  yardımı ilə reallaşdırdığı "Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin  aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi" layihəsi çərçivəsində "Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" adlı  "dəyirmi masa" keçirilib.Tədbirdə media işçiləri, ali məktəblərdə çalışan müəllimlər və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə  Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Rəhim   Hüseynzadə   açaraq  "dəyirmi masa"nın aktuallığından söz açıb.

Tədbirdə çıxış edənlər  qeyd ediblər ki, Azərbaycan ədəbi dilinin  yeniləşməsinə, formalaşmasına və strukturuna ciddi nəzarət olunmalıdır. Xüsusən müxtəlif yerlərdə elanların əcnəbi dildə olması, mətbuat səhifələrində buraxılan kobud səhvlər bu deyilənlərə real sübutdur.

Sonda tədbir iştirakçıları  deyilən nöqsanların aradan qaldırılması ilə  əlaqədar bu cür "dəyirmi masa"ların tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov