Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Müsabiqənin nəticələrinə dair seminar

 

Təhsil Problemləri İnstitutu və "Smart Teshnologies" şirkəti tərəfindən təşkil edilmiş "Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsinin nəticələrinə dair seminar keçirilib.

Məlum olduğu kimi, bir neçə ay əvvəl Təhsil Problemləri İnstitutu və DYMO/Mimio (ABŞ) şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" şirkəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş  "İnteraktiv texnologiyalar və müasir təhsil-2014"  mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində müsabiqə elan etmişdi.  "Təhsildə interaktiv texnologiyalar  - 2014" adı ilə keçirilən müsabiqədə respublikanın 5 şəhər və 23 rayonundan 315 nəfər müəllim 17 fənn üzrə 308 işlə iştirak edib.  Müsabiqəyə ən çox Bakı şəhəri ( 219)  və Şəki rayonundan (36)  iş təqdim olunub.  

Seminarda müsabiqənin finalına vəsiqə qazanmış 12 və fərqlənmiş 12 işin müəllifləri, eyni zamanda müsabiqəyə qoşulan digər müəllimlər də  iştirak edib. Tədbirdə müsabiqədə iştirak edən interaktiv rəqəmsal dərs resursları nümayiş etdirilərək  ekspertlər tərəfindən təhlil edilib. Müəllimlər ekspertlərlə birlikdə müsabiqəyə təqdim edilən tədris resurslarını  müzakirə ediblər. Bu vəsaitlərdəki ekspertlər tərəfindən nəzərə çatdırılan yaradıcı və metodik nailiyyətlər, eləcə də  mövcud olan qüsurlar  müəllimlər arasında geniş fikir və təcrübə mübadiləsinə səbəb olub.

Qeyd etmək lazımdır ki, DYMO/Mimio şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi tərəfindən respublikamızda ilk olaraq 2010-cu ildə interaktiv tədrisə aid  www.edu.mimio.az  təhsil saytı yaradılıb ki, bu portalda müasir tədris prosesi üçün yararlı olan,  müəllimlər,  eyni  zamanda  şirkət  tərəfindən  hazırlanmış  interaktiv multimedia resursları - interaktiv  dərs vəsaitləri  mütəmadi olaraq yerləşdirilir. Hazırda www.edu.mimio.az saytında üç yüzdən artıq interaktiv multimedia dərs resursu yerləşdirilib.

Təşkil olunan seminarlar da, ümumimilkdə,  müəllimlər üçün faydalı işın davamı kimi düşünülüb. Bu istiqamətdə tədbirlərin təşkilində məqsəd interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənilib yayılması və bütövlükdə pedaqoji kadrların peşəkarlığının yüksəldilməsindən ibarətdir. Müsabiqəyə təqdim olunan bütün interaktiv dərs materialları adıçəkilən təhsil portalında yerləşdiriləcək. Müəllim və ekspertlərin  birgə əməkdaşlığı nəticəsində interaktiv rəqəmsal dərs  məlumat bazası zənginləşəcək və hər bir müəllim bu tədris resurslarından bəhrələnərək dərslərində istifadə edə biləcək. Müsabiqənin nəticələrinə dair seminarların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.  

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov