Təhsil Nazirliyinin "Ümumi təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi
barədə" 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmri
ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda
işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər
rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada
müsabiqə yolu ilə həyata keçirilib.
2014-cü ilin may ayında yerlərdən daxil olmuş
vakansiyalar Təhsil Nazirliyində təhlil olunub və elan
edilib. 1-10 iyun tarixlərində elektron ərizələrin
qəbulu aparılıb, ərizəsi təsdiq edilmiş 771 nəfər
müəllim yerdəyişmə üzrə müsabiqəyə buraxılıb.
17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş
müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının
yerinə yetirilməsinin nəticəsi olaraq ən yüksək bal
toplamış namizədlərdən 140 nəfəri 2-ci
mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin
yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96
nəfər iş yerini dəyişmək hüququ qazanıb.
Fənlər üzrə nəticələr belə olub: tarix müəllimi-20
nəfər; ibtidai sinif müəllimi-16 nəfər; Azərbaycan dili
və ədəbiyyat müəllimi-11 nəfər; coğrafiya müəllimi-10
nəfər; biologiya müəllimi-10 nəfər; fizika müəllimi-9
nəfər; riyaziyyat müəllimi-7 nəfər; ingilis dili
müəllimi-6 nəfər; kimya müəllimi-2 nəfər; musiqi
müəllimi-2 nəfər; informatika müəllimi-1 nəfər; rus dili
müəllimi-1 nəfər; fiziki tərbiyə müəllimi-1 nəfər.
İş yerini dəyişən 96 müəllimin şəhərlər (rayonlar) üzrə
seçimi belə olub: Bakı şəhərini 40 nəfər; Gəncə şəhərini
4 nəfər; Şirvan şəhərini 1 nəfər; Abşeron rayonunu 5
nəfər; Goranboy, Hacıqabul və Tovuz rayonlarının hər
birini 4 nəfər; İsmayıllı və Oğuz rayonlarının hər
birini 3 nəfər; Ağdam, Bərdə, İmişli və Şəmkir
rayonlarının hər birini 2 nəfər; Ağdaş, Ağstafa,
Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göyçay, Göygöl,
Laçın, Lənkəran, Masallı, Qəbələ, Qobustan, Quba,
Sabirabad, Tərtər, Xaçmaz, Xızı, Yardımlı və Yevlax
rayonlarının hər birini isə 1 nəfər seçərək yerini
dəyişib. |