Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Qəbələdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib

 

İyunun 28-də Qəbələdə "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışı və "Gənc xilasedici" beynəlxalq turnirinin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birgə tədbirdə ölkəmizin ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan və Belarusdan olan təmsilçilər də iştirak ediblər. Yarışa qatılan beynəlxalq təmsilçilər respublikamızın 16 rayon və şəhər komandalarının iştirakçıları ilə birlikdə "maneələr zolağı","kombinə edilmiş yanğın estafeti","axtarış-xilasetmə işi","komandaların təqdimatı" mərhələlərində güclərini sınayıblar.

 Qəbələ Mədəniyyət Mərkəzində keçirilən  yarışların təntənəli bağlanış mərasimində iştirakçı ölkələrin təmsilçilərinin təqdim etdiyi bədii yaradıcılıq nümunələri maraqla qarşılanıb. Beynəlxalq tədbirin təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimlərində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

"Gənc xilasedici və yanğınsöndürən" yarışı ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarətdir. Yarışın keçirilməsinin məqsədi  yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov