| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 17-ci bəndini rəhbər tutaraq   
						
						QƏRARA ALIRAM:  
						
						1. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə 
						Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və 
						Tədqiqat Nazirliyi arasında universitetlərarası 
						əməkdaşlıq sahəsində" 2014-cü il mayın 12-də Bakı 
						şəhərində imzalanmış Niyyət Məktubu təsdiq edilsin. 
						
						2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu 
						sərəncamın 1-ci hissəsində göstərilən Niyyət Məktubunun 
						müddəalarının həyata keçirilməsini təmin etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 27 iyun 2014-cü il
 |