Budapeştdə cüdo üzrə Beynəlxalq "Qran-pri" turniri
keçirilib. Yarışa 9 idmançı ilə qatılan Azərbaycan
millisi 3 medal qazanıb. Azərbaycan Cüdo
Federasiyasının məlumatına əsasən komandamızın heyətində
İlqar Müşkiyev 60 kq çəki dərəcəsində, Nicat Şıxəlizadə
66 kq çəki üzrə və Elmar Qasımov 100 kq çəkidə fəxri
kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Azərbaycan komanda hesabında 56 ölkə arasında 16-cı yeri
tutub.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |