Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Şahmat üzrə yeni ölkə çempionu

 

Qrossmeyster, 1995-ci il təvəllüdlü Ülvi Bacarani bu il gənclər arasında keçirilən Azərbaycan çempionatında ölkə çempionu olub.  Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, Ü.Bacarani  çempionatın sonuncu turunda Zaur Məmmədovla görüşdə 7 mümkün xaldan beş xal toplamış və çempionatın qalibi olaraq  qızıl medala sahib çıxıb.

Nicat Abbasov 4,5 xal, Azər Mirzəyev və Vüqar Rəsulov isə hərəyə 4 xal toplayıblar.  Sumqayıtlı Misrəddin İsgəndərovun, habelə Zaur Məmmədov və Sərxan Quliyevin hərəsinin aktivində 3 xal var. Bəhruz Rzayev isə 1,5 xal qazanıb.

Qeyd edək ki, yarışda iştirak edən 8 idmançıdan 5-i  beynəlxalq  dərəcəli  qrossmeyster, 3-ü isə beynəlxalq dərəcəli ustadır.

Ölkə çempionatı dairəvi sistem üzrə keçirilib. 

R.ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov